\"Xaçmazda baş verən yanğına səbəb sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması olub\". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, küləkli hava şəraiti olduğundan yanğın Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı dolaylarına keçmiş və meşə fonduna məxsus, ümumilikdə 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və Xaçmaz rayon İcra Hakimiyyəti işçilərinin, eyni zamanda yerli əhalinin birgə səyləri nəticəsində 03 aprel tarixində gecə saat 02 radələrində tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB