Pavel Zalevski: “Avronest sessiyasının Bakıda keçirilməsi Azərbaycana Avropa İttifaqı tərəfindən verilən əhəmiyyətin göstərici kimi qiymətləndirilə bilər”
Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının Azərbaycanda keçirilməsi çox tarixi bir toplantıdır. SİA-nın xəbərinə görə, Avropa Parlamentinin Polşadan olan üzvü, Avropa Xalq Partiyasının nümayəndəsi Pavel Zalevski deyib ki, bu tədbir ilk dəfə olaraq Avropanın hüdudlarından kənarda keçirilir.Onun sözlərinə görə, başlanğıc sessiyası Avropa İttifaqında keçirilən tədbirin hazırda Bakıda aparılması Azərbaycana və Şərq tərəfdaşları ölkələrinə Avropa İttifaqı tərəfindən verilən əhəmiyyətin göstərici kimi qiymətləndirilə bilər.
"Avropa Parlamenti və Avronest-də iştirak edən ölkələrin parlamentləri ilə işimizi hesabatların hazırlanması şəklində həyata keçiririk. Mən özüm də iqtisadiyyat sahəsi üzrə hesabatı hazırlamışam. "İqtisadi sahədə Avropa İttifaqının yardımı və dərin, hərtərəfli ticarət sazişlərinin şərq tərəfdaşlıq ölkələri ilə bağlanması" mövzulu hesabatın bu gün keçirilən plenar iclasda qəbul ediləcəyi gözlənilir. Müxtəlif məsələlərə həsr olunan bu hesabatlarda tərəfdaş ölkələr inkişafda, müxtəlif uğurlar əldə etməkdə köməklik göstərmək nəzərdə tutulur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB