Avronest PA-nın ikinci sessiyası bu gün də öz işini davam etdirir

Avronest PA-nın ikinci sessiyası bu gün də öz işini davam etdirir

Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyası bu gün də öz işini davam etdirir. SİA-nın xəbərinə görə, hazırda sessiyanın rəsmi açılış mərasimi keçirilir. Rəsmi açılışdan öncə qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün həmçinin, Avronest PA-nın Bürosunun, Avropa Xalq Partiyası siyasi qrupunun və Sosialist və Demokratlar siyasi qrupunun iclası keçirilir.

Qeyd edək ki, Avropa Parlament Assambleyasının 2-ci sessiyası 2-4 aprel tarixlərində Bakıda keçirilir. Ötən gün Milli Məclisdə İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Aİ Siyasətləri ilə Uyğunluq üzrə Komitənin, Enerji Təhlükəsizliyi üzrə Komitənin, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitənin, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclası keçirilib və mövcud hesabatlar müzakirə olunub. Aprelin 4-də isə Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk tərəfindən mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə