Elnur Aslanov: “Azərbaycan Rusiyanın münaqişənin nizamlanması ilə bağlı səylərini artıracağını gözləyir” - MÖVQE

Elnur Aslanov: “Azərbaycan Rusiyanın münaqişənin nizamlanması ilə bağlı səylərini artıracağını gözləyir” - MÖVQE

\"Azərbaycan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini artıracağını gözləyir\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə münasibət bildirərkən deyib. PA rəsmisi hesab edir ki, Rusiyanın yeni prezidenti Vladimir Putinin prezidentliyi dövrü Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və işğal olunmuş torpaqların qaytarılması ilə əlamətdar olacaq.

PA rəsmisi həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərin 20 illik fəaliyətinə də toxunub: "ATƏT-in Minsk qrupu həmsədrləri 20 il ərzində Azərbaycanın işğal edilmiş ərazisinin bir hektarının azad edilməsinə köməklik göstərməyib. Eyni zamanda Ermənistan çalışır ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməsin. Məhz buna görə, münaqişənin sülh yolu ilə həllini tapması üçün həmsədr ölkələrin hamısı Ermənistana lazımi təzyiq göstərməlidirlər. Ermənistan öz növbəsində status-kvonu saxlamağa cəhd göstərir, öncədən razılaşdırılan prinsip və sazişlərdən boyun qaçırır, həmçinin müanqişənin sülh yolu ilə nizamlanmasında heç bir istək nümayiş etdirmir. Bu cür davam edə bilməz, çünki Ermənistanın davranışları lap başlanğıcdan qəbul edilmiş bütün beynəlxalq sənədlərə, BMT Nizamnaməsinin bir sıra müddəalarına, beynəlxalq hüququn əsas prinsiplərinə və ATƏT-in Helsinki konfransının Yekun Aktına tamamilə ziddir".

Bütün xəbərlər Facebook səhifəmizdə