“Aşıq Şəmşir” İctimai Birliyi Kəlbəcərin işğalının 19-cu ildönümünü anıb - FOTOLAR

“Aşıq Şəmşir” İctimai Birliyi Kəlbəcərin işğalının 19-cu ildönümünü anıb - FOTOLAR

"Bu gün hər bir azərbaycanlı prezidentimizin ətrafında sıx birləşib. İnanırıq ki, bu birlik sayəsində yaxın zamanda Kəlbəcər də daxil olmaqla işğal altında olan bütün torpaqlarımız azad ediləcək". SİA-nın xəbərinə görə, bu sözlər "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Kəlbəcərin işğalının 19-cu ildönümünə həsr olunan anım tədbiri zamanı səsləndirilib.


Tədbirdə çıxış edən birliyin nümayəndəsi qeyd edib ki, bütün əmlakını itirib, böyük mənəvi sarsıntılar keçirən kəlbəcərlilər bu gün dövlətin onlara yaratdığı şərait nəticəsində öz ağrı-acılarını nisbətən unudub. O bildirib ki, lakin bütün bunlara baxmayaraq hamısı sonsuz bir ümid ilə öz torpaqlarına qayıdacaqları günü gözləyirlər.


19 il bundan öncə öz ev-eşiklərindən didərgin düşən insanların ağrı-acılarının hələ də unudulmadığını bildirən fəlsəfə doktoru Adil Cəmil qeyd edib ki, kəlbəcərli məcburi köçkünlər böyük səbr və dözümlə evlərinə qayıdacaqları günü gözləyirlər.


Tədbirdə bir sıra ziyalıların bu qəbildən çıxışları davam etdirilib. Daha sonra Kəlbəcərin işğalı zamanı çəkilən kadrlardan ibarət video-çarx təqdim edilib, şeirlər səsləndirilib.


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə