Elmar Məmmədyarov: “Münaqişəni həll etməyin vaxtı çatıb” - YENİLƏNİB
"Cari ilin aprel ayının sonu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək". SİA-nın verdiyi xəbərə görə, bu məlumatı Elmar Məmmədyarov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, görüşün Londonda baş tutması nəzərdə tutulub: "Bu ayın sonunda Dublində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Çox güman ki, aprelin son həftəsində isə Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüm olacaq. Görüşdə həmsədrlərlə Ermənistanda bu il keçiriləcək seçkiləri müzakirə edəcəyəm".
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində keçiriləcək prezident seçkilərinə toxunan nazir bildirib ki, bu hal münaqişənin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir etməmələdir: "Münaqişənin həll etməyin vaxtı çatıb. Bəlkə yekun variantda, statusun qəti şəkildə müəyyən olunması şəklində olmasa da ilkin formada həllin tapmalıdır və əvvəlcə Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. Münaqişənin nizamlanmamış qalması, qaçqınlar və məcburi köçkünlər problemi regionun inkişafına mənfi təsir göstərir. Azərbaycan həmişə dinc qonşuluq münasibətlərinin yaradılması mövqeyindən çıxış edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB