"Soyqırımı ancaq Azərbaycan xalqının problemi deyil. Mənəvi baxımından soyqırımına bütün dünya məsuliyyət daşıyır". Bunu SİA-ya açıqlamasında millət vəkili Asəf Hacıyev deyib. O bildirib ki, dünyanın hansısa bir tərəfində soyqırımı baş veribsə, bu, sabah digər bölgədə baş verə bilər. Millət vəkilinin fikrincə, soyqırımı mənəvi baxımından dünya üçün böyük bir problemdir və bunların qarşısı alınmalıdır.
A.Hacıyev qeyd edib ki, Azərbaycan xalqı yüksək mədəniyyətə, dərin tarixə malik olan bir xalq kimi xalqa qarşı baş verən soyqırımları dünyaya çatdırır: "İldən-ilə soyqırımla bağlı müxtəlif tədbirlər həyata keçirilir, dünyanın müxtəlif ölkələrində qərarlar qəbul olunur. Bu isə o deməkdir ki, dünya bu soyqırımını tanımaq istiqamətində addımlar atır. Tədbir dedikdə dünyanı məlumatlandırmaq lazımdır. Çünki bu gün dünyada ən bahalı anlayış informasiyadır. Əgər biz lazımi informasiyanı dünyaya lazımi səviyyədə çatdıra biliriksə, bu da lazımi səviyyədə dünyada öz əksini tapacaq. Bu gün artıq proseslər baş verir. Çünki müstəqil Azərbaycan dövlətində prezident İlham Əliyevin keçirdiyi siyasət nəticəsində artıq müxtəlif sahələrdə böyük işlər həyata keçirilib. Dünyanın müxtəlif təşkilatlarında iştirak edən nümayəndə heyətləri bu soyqırımı haqqında məlumatlar verir. Hesab edirəm ki, bir gün gələcək dünya artıq Xocalı soyqırımını, ümumiyyətlə Azərbaycan xalqına qarşı törədilən soyqırımları tanıyaraq müxtəlif tədbirlər görəcək, onların təkrar olunmaması üçün lazımi işlər həyata keçirəcək".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB