Sinan Oğan 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə bəyənat yayıb
Hər zaman Çar Rusiyasının dəstəyinə arxalanan işğalçı erməni qüvvələri "Böyük Ermənistan" xəyalı ilə 1918-ci il martın 31-də Bakı, Gəncə, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur qəzası və İrəvan kimi şəhərlərdə uzun illərdir yaşamaqda olan türk-islam varlığını aradan qaldırmağı özlərinə bir vəzifə seçiblər. SİA-nın xəbərinə görə, Türkiyənin millət vəkili Sinan Oğan bildirib ki, martın 31-də törədilən soyqırımı nəticəsində Bakıda yalnız bir gündə 12 min, ümumilikdə isə 50 min vətəndaş öldürülüb. Onun sözlərinə görə, bundan əlavə, həmin hadisələr Ermənistan tərəfindən həyata keçirilən soyqırımların sadəcə bir hissəsidir: \"1918-ci ildən başlanan erməni vandalizmindən əvvəl ilk soyqırımı 1905-1907-ci illərdə həyata keçirilib. Azərbaycan türkləri 1948-53-cü illər arasında öz vətənlərini tərk etməyə məcbur ediliblər. 1988-ci ildən başlayan qarşıdurmalarda isə ermənilər bütün dünyanın gözü qarşısında "insanlıq"larını açıq şəkildə göstəriblər.
Göründüyü kimi, Türkiyəni qondarma soyqırımda günahlandıran Ermənistan həqiqi soyqırımı aktlarını rəsmi siyasət olaraq mənimsəyib. Tarix boyunca dünyanın bir çox yerində müxtəlif qırğınlara, zülmlərə, əziyyətlərə, işgəncələrə və soyqırımlara məruz qalan türklər həmişə zəfərləri ilə öyünüb. Lakin məruz qaldığı çətinlikləri, haqsızlıqları və ədalətsizlikləri qürurlu bir millət olduğundan təəssüf ki, dilə gətirməyiblər. Əzablı və sevincli günlərdə hər zaman ortaq olan iki dövlət-Türkiyə və Azərbaycan üçün belə günlərin ortaq xatırlanması onların həm dostluq zəmininin genişləməsi, həm də tarixdə türklərə qarşı edilən insanlıq hərəkətlərinin gündəmə gətirilməsi üçün fürsət olacaq. Digər tərəfdən, keçmişdə türklərin yaşadığı iztirabların xatırlanması və xatırladılması bu vasitə ilə itirilməsinə çalışılan milli şüurumuzun və tarix şüurumuzu canlı tutacaq.
Tarix boyunca yaşadıqları torpaqlar üçün canlarını verən təxminən 50 min qəhrəman Azərbaycan türkünü bu ağrılı gündə hörmətlə xatırladığımızı ifadə edərək Türkiyədə ermənilərin etdikləri qırğınları unutmayacağımızı vurğulayırıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB