31 Mart Azərbaycanlıların Soyqırımı günü Daşkəsən rayonunda da qeyd edilib - FOTO
31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Daşkəsən rayon İcra Hakimiyyəti Aparatının iclas zalında keçirilən anım tədbiri rayon ictimaiyyəti nümayəndələrinin fəallığı şəraitində qeyd olunub. SİA-nın məlumatına görə, mərasimdə iştirak edən tədbir iştirakçıları soyqırıma məruz qalan azərbaycanlıların ruhunu hörmət əlaməti olaraq bir dəqiqlik sükutla yad ediblər.
Anım tədbirini Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev açıb, 2 əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən danışıb. O, giriş nitqində qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Erməni tarixçisi V.İşxanyan "Qafqaz xalqları" kitabında qeyd edib ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olub. Yüzlərcə tarixi şəxsiyyətlərin bu cür fikirlərindən sitatlar gətirmək olar.
Giriş nitqindən sonra Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri Malik Ələsgərov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 1918-ci ilin 31mart qırğını ermənilərin çoxdan hazırladıqları ssenarinin həyata keçirilməsi idi.
Bakı sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da azərbaycanlıların millətçi qüvvələri idi. Mart ayının 9-da Azərbaycan diviziyası qərargahının Bakıya gəlməsi Stepan Şaumyanı və digər ermənipərəst qüvvələri bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin qanunsuz həbs edilmələri və şəxsi heyəti azərbaycanlılardan ibarət olan \"Evelina\" gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyacanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Stepan Şaumyan Bakını Azərbaycanın paytaxtı etmək arzusunda olan müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşüb. Axı başdan-ayağa daşnak olan ancaq bolşevik libasına bürünmüş Şaumyanın və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovmaq və beləliklə, sərsəm "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi.
Qeyd edək ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanıb. Qısa bir müddətdə ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib.
Böyük rus yazıçısı Qriboyedov İranda səfir olarkən oradan Azərbaycan torpaqlarına köçürülən ermənilər haqqında rus imperatoruna göndərdiyi məktubda qeyd edirdi: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına izn verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır".
Elə bu səbəbdən rus çarı erməniləri məqsədli şəkildə I Pyotrun vəsiyyətinə və əməllərinə sədaqət nümunəsi olaraq qədim Azərbaycan torpaqlarında məskunlaşdırdı.
Car I Aleksandr general Sisianova göndərdiyi teleqramların birində deyirdi: "Ermənilər nəyin bahasına olursa olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır". Beləliklə, daimi olaraq Rusiyanın himayəsindən bəhrələnən gəlmə ermənilər müxtəlif yollarla yerli sakinləri öz yurd-yuvalarından sıxışdırıb çıxarır, azərbaycanlılara qarşı silahlı qırğın törədirdilər. Bu həmvətənlərimizə qarşı əsil soyqırımı nümunəsi idi.
Sonra məruzəçi qeyd edib ki, erməni quldur dəstələrinin 1918-1920-ci illərdə xalqımıza qarşı apardıqları soyqırımı siyasəti nəticəsində yaranmış indiki Ermənistan adlandırılan tarixi torpaqlarımızda 565 min günahsız azərbaycanlılar vəhşicəsinə qətlə yetirilib.
Tarixi faktlar şəhadət verir ki, 1905-1907-ci illərdə silahlı mütəşəkkil erməni dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda və Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qocaları, qadınları misilsiz qəddarlıq və vəhşiliklə öldürüblər.
Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 azərbaycan kəndi yerlə yeksan olunub, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulub. Erməni vandalizimdən canını güclə qurtarmış on minlərlə azərbaycanlı öz yurd yerlərini tərk etmək məcburiyyətində qalıb, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulub.
Məruzəçi daha sonra bildirib ki, təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkaranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salıblar. Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən 1653 qadın və 965 uşaq öldürülüb. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberiyasında 211, Qars vilayətində 92 kənd yandırılıb, dağıdılıb və talan edilib.
XIX əsrin əvvəllərində İrəvan Quberniyası əhalisinin 80%-i müsəlmanlardan ibarət olub. Beləliklə, 1828-1832-ci, 1877-1878-ci, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə departasiya və soyqırım siyasəti tətbiq edilib.
Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə departasiyasına dövlət səviyyəsində nail oldular. Bununla paralel mədəni-mənəvi repressiya və təbliğat kompaniyası başladı. Mədəniyyət abidələrimizi, musiqimizi, ədəbiyyatımızı, klassik irsimizi oğurlayıb erməni nümunələri kimi təqdim etməyə başladılar.
1935-ci ildən başlayaraq erməni millətçi ekstrimistləri kütləvi şəkildə həm xəritələrdə həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında Türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlüklə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad "Toponim soyqırımına" məruz qaldı.
Həyasız erməni təbliğatının antiazərbaycan fəaliyyəti ötən əsrin 80-ci illərin ortalarında məxsusi vüsət aldı və ölkə rəhbərliyinin qətiyyətsizliyi, prinsipsizliyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yaranmasını səbəbləndirdi.
1992-ci ilin fevralın 26-da, ötən əsrin ən dəhşətli cinayətlərində biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi yer üzündən silinmiş, 63 nəfəri azyaşlı uşaq və 150 nəfəri qadın olmaqla 613 nəfəri dinc əhali vəhşicəsinə öldürülüb, 487 nəfər şikəst olmuş, 1275 nəfər sakin əsir götürülərək ağlasığmaz işgəncə, təhqir və həqarətə məruz qalıb. Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə 2 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin qurbanı olub.
Məruzəçi daha sonra xatırladıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ümummilli liderimiz Heydər Əliyev ölkə prezidenti kimi 26 mart 1998-ci il mart tarixdə, 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi barədə Fərman imzalanıb.
Həmin Fərman erməni ideloqlarının "məzlum erməni xalqının" soyqırımı ilə bağlı yalançı təbligatını ifşa etməkdə, həqiqi soyqırımın köklərini açıb bütün dünyaya yaymaqdadır. Təcavüzkar və cəllad Ermənistanın əsl ünvanı beynəlxalq aləmdə artıq tanınmaqdadır.
Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil ermənçilik siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa qətiyyət, yekdillik və fəallıq nümayış etdirməyə səfərbər edən tarixi bir sənəddir.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir. Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub. Bunun əksinə olaraq, Ermənistan öz təcavüskar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir.
Artıq BMT-də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik: "Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu danışıqlar mövzusu deyildir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan bütün başqa tərəflərdən də bu belədir. Ona görə də danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır."
1918-ci ilin mart soyqırımınından 94 il keçir, lakin ermənilərin törətdikləri bu dəhşətli unutmaq qeyri-mümkündür.
Möhtərəm Prezidentimiz İlham Əliyev 31 Mart Azərbaycanlıların Soyqırım günü münasibətilə xalqımıza müraciətində demişdir: "Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırım həyata keçirənləri, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq".
Həmçinin məruzə ətrafında çıxış edən İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Rəna Aslanova, 1948-ci ildə Ermənistandan deportasiya olunmuş əmək veteranı Allahyar Rüstəmov, rayon veteranlar şurasının sədri Elman Məmmədov çıxış edib, tarix boyu ermənilərin yaltaq, bic olması, qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini anım tədbiri iştirakçılarına çatdırıb.
Elman Məmmədovun Xaçatur Abovyanın ermənilər haqqında dediyi fikir mərasim iştirakçılarının ürəyindən xəbər verib. Rayon ağsaqqalı qeyd edib ki, Xaçatur Abovyan öz erməni xalqı haqqında belə deyib: "Pis və çürük meyvə hər bir ağacda, pis ürək hər bir ermənidə vardır..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB