Nüfuzlu maliyyə qurumları Qafqaz üçün yaranmış yeni fondu dəstəkləyəcəklər

Nüfuzlu maliyyə qurumları Qafqaz üçün yaranmış yeni fondu dəstəkləyəcəklər

Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (BMK Dünya Bankının üzvüdür), Hollandiya İnkişaf Bankı və Qara dəniz Ticarət və İnkişaf Bankı yeni yaradılmış Qafqaz İnkişaf Fonduna (QİF) investisiya qoyacaq. Bu barədə xəbəri AYİB yayıb.


Yeni fond Kiçik Sahibkarlığa Kömək Fondunun - SEAF-ın qlobal meneceri tərəfindən idarə olunacaq. Ümumilikdə 70 milyon dolların toplaşacağı QİF-ə ilkin mərhələdə BMK tərəfindən 40 milyon dollar ayrılacaq. SEAF-ın yardım payı isə 2 milyon dollardır. Ümumilikdə QİF-in Azərbaycan, Gürcüstan və Ermənistandakı kiçik və orta müəssisələrin səhmlərinin kapitalını sərmayələşdirən, eyni zamanda kreditləşdirən mürəkkəb maliyyə funksiyasına malik ilk fond olacağı bildirilir. "Bu əməkdaşlığın nəticəsində beynəlxalq maliyyə institutları kiçik və orta biznesin seqmenti kimi şəxsi investisiyaları dəsləkləyəcək ki, onlar da öz növbəsində Qafqazın iqtisadiyyatı üçün zəruri olan yeni iş yerlərinin açılmasını təmin edəcəklər", - AYİB-in məlumatında vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə