Fransa prezidenti Nikola Sarkozi vədini yerinə yetirdi - martın 30-da ölkənin hər yerində, xüsusən də Tuluza, Lion, Marsel və Nitsa kimi iri şəhərlərdə islam ekstremist qruplaşmalarının üzvü olduqları bildirilən şəxslərə qarşı kütləvi reydlər və həbslər həyata keçirildi. Hazırda prosesdə saxlanılanların sayı 20-dən artıqdır. Bu barədə məlumat verən N.Sarkozi təqiblərin davamlı xarakter daşıyacağını bildirib. O deyib ki, Tuluza faciəsi ilə bağlı şəxslər deyil, ümumilikdə bütün radikal islamçı qruplaşmaların üzvləri həbslərə, deportasiyalara məruz qoyulacaq, məhkəmələrlə üzləşəcəklər: "Biz bu ölkədə işi olmayan (yaşamağa layiq olmayan nəzərdə tutulur - red) hər bir kəsi deportasiya edəcəyik".
Dünya mediası xəbər verir ki, ölkənin müxtəlif yerlərində Kalaşnikov tipli avtomat silahların tapıldığını vurğulayan N.Sarkozi qəribə fikir də ifadə edib. Prezident bildirib ki, Fransa xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşən və sifət cizgisi müsəlman radikalizmi çalarları ilə fərqlənən şəxslər də kütləvi həbslərin hədəfinə çevrilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB