Yaqub Mahmudov: \"Xalqımızın saxtalaşdırılan tarixi 1918-20-ci illərdir\" - MÜSAHİBƏ

Yaqub Mahmudov: \"Xalqımızın saxtalaşdırılan tarixi 1918-20-ci illərdir\" - MÜSAHİBƏ
\"Xalqımızın saxtalaşdırılan tarixi 1918-20-ci illərdir. Azərbaycan iki hissəyə bölündükdən sonra Sovet və İran imperiyaları bu xalqı tarixdən silmək uğrunda böyük işlər aparıblar\". Bunu SİA-ya müsahibəsində Azəbaycan Milli Elmlər Akadmiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinə kimi xalqımıza qarşı soyqırımı həyata keçirən erməni əsilli Şaumuyan bizə görkəmli bolşevik nümayəndəsi kimi təqdim edilirdi. "Hətta onların şərəfinə ölkəmizdə abidələrdə uçaldılmışdır. Bunun əvəzində isə AXC musavat hökuməti bizə düşmən kimi təqdim edilirdi. Bütün bunlar isə əsarəti altında olduğumuz Sovet imperiyası tərəfindən həyata keçirilirdi. Lakin Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bütün sədləri qıraraq əslində tarixi həqiqətləri üzə çıxartmağa nail oldu. Hətta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Respublikanın bütün arxivlərində yenidən təqiqat işlərinə başlanıldı. Milli Elmlər Akademiyasının Tarix İnstitutu da bu sahədə ciddi addımlar ataraq nəinki ölkəmizin arxivlərindən eləcədə dünyanın müxtəlif arxivlərindən tarixi sənədlər aşkarlanaraq ölkəmizə gətirilir və üzərində ciddi araşdırmalar aparılır".

Bu sahədə daha mühim addımın isə dövlət başcısının göstərişi ilə 26 Bakı komissarlarının cəsədlərinin şəhərin mərkəzindən çıxarılaraq kənar qəbirstanlığa köçürülməsi olduğunu deyən tarixçi alim bu addımın bizin təfəkkürümüzdə inqilabi dəyişiklik yaratdığını deyir. Hansı ki,bu movzeleyi uzun illər xalqımıza ehtiramla yadd etdiriblər: "26 Bakı Komissarı abidə kompleksinin altında qazıntı işləri aparan zaman məlum oldu ki, orada 26 deyil 23 cəsəd var ki, həmin cəsədlərin içində Şaumyanın və Tariroz Amiryanla yanaşı daha bir nəfərin cəsədləri yoxdur. Tədqiqatlarımız bir qədər dərinləşdirdikdə məlum oldu ki, 26 bakı komissarları güllələnəndən 10 gün müddətində Şaumyanla Mikoyan bir kamerada həbsdə olublar. Bu tarixi faktın ortaya cıxarılması Azərbaycan tarixinin həmin dövrlərini köklü surətdə dəyişdi".

İnstitutun direktoru hazırda azərbaycanlılara qarşı aparılan soyqırımı faktlarını dünya içtimaətinə dolğun şəkildə təqdim etmək üçün Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə "Qarabağ real faktlar və sənədlər" adlı kitabı 6 dildə cap edirərək dünyanın müxtəlif ölkələrində yaydıqlarını bildirdi. Eləcə də "Naxcıvanın tarixi və "İravan tarixi Azərbaycan torpaqları" adlı kitablarında nəşr edildiyini deyən Yaqub Mahmudov bütün kitablarda həmin torpaqların Azərbaycanın qədim torpaqları olması ilə bağlı tarixi faktlar göstərildiyini deyib: "Biz ermənilərə qarşı informasiya müharibəsində minlərlə tarixi sənədi ortaya qoyaraq bu torpaqlarda hec bir zaman Ermənilərin yaşamadığını sübüt etmişik. Hazırda Azərbaycan xalqına qarşı 1918-20 illər soyqrımı sənədlər toplusu hazırlanır ki, bu toplu yaxın günlərdə ictimaətə təqdim olunacaq. Kitabın tarixi əhəmiyyəti isə ondan ibarətdir ki, bu topluda təkcə Bakı Quberniyası deyil eyni zamanda Gəncə, Naxcıvan, İrəvan quberniyaları ərazisində olan soyqrımlar tarixi sənədlərlə toplanıb. Təkcə noyabr ayı ərzində iki qəzada 500 min adam qətlə yetirilib. Hətta ermənilər tərəfindən İrəvan xanlığının yerində yaradılan Ararat Respublikasının da İrəvanda yaşayan türk millətinə qarşı apardığı soyqrım faktları öz əksini tapıb. Həmin dövrlərdə qətliyamlar təkcə Şaumyanın deyil, həm də Ararat Respublikası tərəfindən həyata keçirilib. Bu sənədlərə əsasən Azərbaycanın Baş Prokurorluğunda yaradılan xüsusi istintaq komissiyası tərəfindən araşdırmaları aparılır. Yekun olaraq bu cinayətlərə beynəlxalq hüquqi qiymət verilməsini istəyirik və buna yaxın gələcəkdə nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə