Millət vəkili: “Soyqırımı dedikdə təkcə XX əsr tariximizi araşdırmaq düzgün deyil” - MÖVQE
"Bu gün soyqırımı dedikdə təkcə XX əsr tariximizi araşdırmağımız düzgün deyil. Əslində bu soyqırımı əsrlərdir davam edir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, XIX əsrdə Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan xalqına qarşı soyqırımı daha da güclənib. Azərbaycan xalqının öz tarixi torpağında vaxtaşırı etnik təmizləmələrə və soyqırımlarına məruz qaldığını deyən millət vəkili qeyd edib ki, son dövrlərdə xarici ölkələrin kitabxanalarında və arxivlərində saxlanılan Azərbaycan ilə bağlı materialların ölkəyə gətirilməsi və onların dərindən araşdırılması XIX əsrdə Azərbaycan xalqının başına gətirilən soyqırımların dərindən öyrənilməsinə imkan verəcək.
Ermənilərin torpaq iddiası, azərbaycanlıları dədə-baba yurdlarından didərgin salmaq siyasətində vacib məqamlardan birinin də ideoloji mübarizə olduğunu deyən A.Mirzəzadə qeyd edib ki, bu, mənfur qonşularımız üçün saxta tarixi ortaya qoymaq mübarizəsi idi: "Bir tarixi faktı deyim ki, hələ 1919-cu ildə dünyada uydurma "erməni soyqırımı"na dair yalan və miflərdən ibarət 900 kitab çap olunmuşdur. Bu kampaniya bu gün də davam edir".
A.Mirzəzadə dünyanın nüfuzlu universitetlərində Azərbaycan hökumətinin dəstəyi ilə azərbaycanşünaslıq ixtisası üzrə tədris proqramlarının yaradılması təklif edib: "Həmin proqramlar üzrə xarici ölkələr özləri Azərbaycan dili, Azərbaycan tarixi, bugünkü Azərbaycan ilə bağlı mütəxəssislər yetişdirsin. Bir tərəfdən, biz bu qəbildən kitabları xarici dillərə tərcümə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik. Digər tərəfdən isə, həmin ölkələrdə azərbaycanşünaslar yetişdirməklə vətənimizi dünyaya tanıda bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB