"Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə əlaqədar təmir-bərpa işləri aparılmalıdır". SİA-nın verdiyi xəbərə görə, bunu baş nazirin müavini Abid Şərifov hökumət nümayəndələri ilə birgə sürüşmə baş verən Ağsu aşırımına və Şamaxı rayonunun Muğanlı kəndinə baxış keçirildikdən sonra jurnalistlərə açıqlamasında deyib. Dövlət rəsmisinin sözlərinə görə, Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülməli, çökən yerlərdə təmir-bərpa işləri aparılmalıdır. Bunula yanaşı aşırımda minik avtomobillərinin hərəkətinə icazə verildiyini deyən baş nazirin müavini Ağsu aşırımında bu gündən təmir-bərpa işlərinə başlanması barədə tapşırıq verildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB