Millət vəkili:\"Ölkəmiz AŞPA ilə əməkdaşlığın səviyyəsindən razıdır\"-MUNASİBƏT

Millət vəkili:\"Ölkəmiz AŞPA ilə əməkdaşlığın səviyyəsindən razıdır\"-MUNASİBƏT

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizə səfərindən Azərbaycan narahat deyil. Çünki ölkəmiz Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, məruzəçilərin regiona səfəri onların missiyasıdır: "Təbii ki, monitorinq altında olan bütün Avropa Şurası dövlətlərinin ölkə üzrə məruzəçiləri zaman-zaman regionlara səfər edirlər. Orada baş verən proseslər, əldə olunan nəticələr, Avropa Şurası ilə əməkdaşlıq sahəsində görülən işlər, ölkələrin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində görüşlər keçirərək müzakirələr aparırlar. Sonra bunları qeyd edərək zamanı gəlincə o səfərlərlərin nəticələri müzakirəyə çıxarılır. Növbəti səfərdə bu tip səfərlərdən biridir. Bu səfər çərçivəsində müzakirələr aparılacaq və bu əməkdaşlıq Azərbaycanla bərabər Avropa Şurası üçün çox önəmlidir".

Millət vəkili qeyd edib ki, ölkəmiz AŞPA ilə əməkdaşlığın səviyyəsindən razıdır. Belə ki, rəsmi Bakı ədalətli məsələlərin reallaşmasında maraqlıdır: "Lakin bunu istəməyən xarici qüvvələr var ki, ikili standartlardan çıxış edərək Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv iddialar irəli sürürlər. Biz o qruplara qarşı öz arqumentlərimizi irəli sürürük", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə