Mingəçevir İES-də partlayış baş verib: ölən və yaralanan var

Mingəçevir İES-də partlayış baş verib: ölən və yaralanan var

Mingəçevir İstilik Elektrik Stansiyasında partlayış baş verib. SİA-nın regional bürosunun verdiyi xəbər görə, hadisə bu gün səhər saatlarında baş verib. İstilik Elektrik Stansiyasında baş verən güclü partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.


Məlumat üçün bildirək ki, partlayış zamanı Pərvin Cabbarov hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən Cuma Süleymanovun vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, hadisə ilə bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə