Aprel ayının ilk günləri ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək, temperatur 22 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir. Aprelin 1-də dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq. Aprelin 2-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında martın 31-də əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan axtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aprelin 1-2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Aprelin 2-də bəzi şimal və qərb rayonlarında az yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, aprelin 2-də 17-22 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, aprelin 2-də 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB