N saylı hərbi hissədə ölüm hadisəsi baş verib

N saylı hərbi hissədə ölüm hadisəsi baş verib

Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib. Hadisəni törədən şəxs daha sonra özünü öldürüb.

Məlumat üçün bildirək ki, silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı daha iki əsgər yaralanıb.

Qeyd edək ki, yaralı əsgərlərin vəziyyəti kafidir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə