Milli Məclisin sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilib.
Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 29-da parlamentin sədri Milli Məclisin Fəxri medalını Bahar Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB