Qırğızıstan prezidenti Bakıya gələcək

Qırğızıstan prezidenti Bakıya gələcək

Qırğızıstan prezidenti Almazbek Atambayev martın 30-31-də Azərbaycanda səfərdə olacaq. SİA-nın məlumatına görə, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək. Bir sıra sənədlərin imzalanması gözlənilir. Atambayevin rəsmi görüşlərlə yanaşı, martın 30-da Azərbaycan Milli Məclisində çıxışı da nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə