Cümşüd Nuriyev: “Prezident İlham Əliyev öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdi”

Cümşüd Nuriyev: “Prezident İlham Əliyev öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdi”

\"Ermənistandakı Metsamor AES-ın avadanlıqları köhnədir. Texnologiya ötən əsrin ortalarında hazırlanan Sovet texnologiyasıdır. Bu da müasir tələblərə cavab vermir\". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, Çernobıl hadisələrdən sonra növbəti Çernobıl fəlakəti yaşana bilər: "AES Naxçıvana çox yaxın bir yerdə yerləşir. Bununla belə qonşu Türkiyə dövləti də təhlükə altındadır. Prezident İlham Əliyevin də bu məsələni xüsusilə Seul Nüvə Təhlükəsizliyi Sammitində qaldırması müsbət addımlardan biri sayılır. Azərbaycan nəinki Cənubi Qafqaz dövlətlərinin cavabdehliyini daşıyır, eyni zamanda ölkəmiz Ön Asiyada əsas lider dövlətlərdən biri sayılır. Bu bir növ Azərbaycan dövlətinin öz üzərinə düşən məsuliyyətindən xəbər verir. İlham Əliyev də öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdi. Prezident AES məsələsini qaldırmaqla bir daha Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi diplomatik yolla gündəmə gətirdi. Belə ki, bu Metsamora yönəlik həm də dünaya bir mesaj idi".


Politoloqun fikrincə, Ermənistanda təbii fəlakət, zəlzələ olsa, dərhal AES sıradan çıxmağa başlayacaq və bu da insanlar üçün əsl təhlükə mənbəyinə çevriləcək: "Buna qarşı Azərbaycan mediası xüsusi səy göstərməli, eləcə də siyasi, QHT-lər birgə bəyanat qəbul etməlidirlər. Qəbul olunan bəyanat daha sonra dünyanın beynəlxalq təşkilatlarına göndərilməlidir. Bu məsələ həmçinin MDB çərçivəsində də qaldırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə