Təhmasib Novruzov: “Müxalifət artıq aksiya biyabırçılığına öyrəşib”- MÜSAHİBƏ (SƏS TV)
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun SƏS TV-yə müsahibəsi:
- Müxalifət nümayəndələri aprel ayının 8-də növbəti icazəsiz aksiya keçirməyi planlaşdırırlar. Sizcə bu aksiya bu günə qədər keçirilənlərdən fərqlənə biləcəkmi?
-Ümumiyyətlə adını müxalifət qoymuş bu şəxslərin kimə və nəyə qulluq etdiklərini aşkar etmək çətin məsələdir. Onlar əslində adlarını müxalifət qoysalarda, sadəcə ölkə daxilində xaos yaratmağa can atan qüvvələrdir. Onlar tarix boyu xarici ölkələrdə baş verən siyasi hadisələrin Azərbaycanda təkrarını yaratmağa çalışıblar. Əgər yadınızdadırsa, Gürcüstanda qızılgül inqilabı baş verən zaman bizim müxalifət nümayəndələri də əllərinə qızılgüllər alaraq meydanlara töküldülər. Ukraynada narıncı inqilab baş verən zaman da eyni üsula əl ataraq narıncı formalarda meydanlara tökülüb guya inqilab etməyə çalışırdılar. Hətta yadınızdadırsa, o vaxtlar insanlar müxalifət nümayəndələrini yollarda təmir işləri ilə məşqul olan fəhlələrlə qarışıq salmışdılar. İndi isə qərbin ssenarisi ilə həyata keçirilib ərəb baharı adı verilən inqilabı Azərbaycanda həyata keçirməyə çalışırlar. Lakin mən xüsusilə qeyd etmək istərdim ki, Azərbaycana xaricdən idxal edilən heç bir siyasi hadisə uğur qazana bilməz. Yəni, Azərbaycanın daxilində baş verməyən heç bir hadisədən xalqımıza xeyir güdmək mümkün deyil. Ərəb baharında adı çəkilən bütün ölkələrdə monarxist rejim hökm sürür. Lakin Azərbaycanda hansı monarxiyadan söhbət gedə bilər ki? Azərbaycandakı inkişaf, söz azadlığı müzakirə olunmayacaq dərəcədədir. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanda söz azadlığı Fransadan da, digər qərb dövlətlərindən də dəfələrlə çoxdur! Azərbaycanın bugünkü inkişafı bütün dünyaya məlumdur. Belə bir məqamda hansı vətəndaş inkişafa mane olan şəxslərə dəstək verə bilər ki? Bütün bunların fonunda da heç nəyə nail ola bilməyən müxalifət qərbdən aldığı qrantlatrın hesabına ölkədə xaos yaratmaqçün əllərindən gələni edirlər. Amma təbii ki, 8 apreldə keçiriləcək mintinqdən də fərqli nəsə gözləmək mümkün deyil. Artıq dəfələrlə sübut olunub ki, müxalifətin bu addımları xalq tərəfindən birmənalı şəkildə dəstəklənmir.
-Sizcə müxalifət nüayəndələri niyə hər səfərində icazəsiz aksiyalara üz tuturlar? İstəklərini çatdırmağın daha sivil yolu yoxdurmu?
-Bəli maraqlı sualdır, bilirsinizmi bu əslində ən əsas məqamdır. Müxalifət nümayəndələri guya hansısa problemlərfin həllinə çalışırlar. Onların bu cür addımlarının yeganə məqsədi xalq arasında xaos yaratmaqala əldə edilən görüntüləri qərbə ötürmək, onların istəklərini həyata keçirməkdir. Məhz buna görə də icazəsiz məkanlara üz tutaraq polislə qarşıdurmalar yaratmağa və bu kadrları qərbə göndərməyə can atırlar. Çünki müxalifət nümayəndələri xaricdən qrant alırlar və bunun müqabilində gördükləri işi reklam edirlər. Lakin demokratiyadan danışan müxalifət nümayəndələri bilməlidirlər ki, demokratiya xaos, anarxiya, özbaşınalıq deyil. Demokratiya insanların mənafeyinə xidmət edən qanunların toxunulmazlığına əsaslanan zaman qələbə çalır. Yoxsa müxalifət nümayəndələri çıxıb ortaya Sahil metrostansiyası yaxınığında mitinq keçirmək istədiklərini dedyirlər. Bu isə qanuna ziddir. Çünki qanunda göstərilir ki, hər bir kəsin istirahət hüququ var və bu toxunulmazdır. İndi dərindən baxsaq, kimin nə haqqı var ki, 100 nəfər pulla satın alınmış insanı ətarafına toplayaraq cəmiyyətin istirahət hüququnu pozsun və şəhərin mərkəzində böyük bir xaos yaratsın. Əgər hansısa problemi həll etmək istəyirlərsə dövlət tərəfindən təyin olunmuş yerləri niyə rədd edirlər ki? Yəni onsuzda ətraflarına yığacaqları insanlar, fikirlərini dəstəkləyəcək xalq kütləsi varsa elə orda da gəlib dəstəkləyəcəklər. Lakin özləri də yaxşı bilirlər ki belə bir kütlə yoxdur, heç kim onların yeritdiyi siyasəti qəti şəkildə dəstəkləmir. Əgər bu qədər gənc bir dövlətin belə az bir zamanda qazandığı nailiyyətləri qəbul edə bilmirlərsə, buna təkan vermək əvəzinə mane olmağı seşirlərsə nə tarix, nə də xalq onları bağışlamaz!
Təhmasib müəllim, Rəsul Quliyev İctimai Palatanın nümayəndələrini uşaq-muşaq adlandırır. Sizcə də onların siyasətdən çəkilmə vaxtı çatıbmı?
-Ümumiyyətlə bu cür siyasətçilərin uğur qazana bilməməsinin səbəbi bu gün dost dedikləri ilə sabah düşmən olmalarıdır. Yəni Rəsul Quliyevin bu gün uşaq-muşaq dedikləri bir gün öz ətrafında olanlardır. Heç kəs Rəsul Quliyevin illərlə xarici ölkələrdə yaşayıb Azərbaycan əleyhinə informasiyalar yaydığını unutmayıb. İndi ortaya çıxıb Azərbaycanın xeyirini düşünürmüş kimi davranmaq nə dərəcədə düzgündür? Yəni konkret olaraq demək istəyirəm ki, xalqın gözü tərəzidir. Xalq hər şeyi görür və nəyə necə qiymət vermək lazım olduğunu da bilir. Qaldı ki, o siyasətçilərin kənarlaşmasının vaxtına, onlar ümumiyyətlə siyasətçi deyillər! Siyasət bu qədər kiçik bir qavram deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB