DYP Bakıda yeni reydlərə başladı

DYP Bakıda yeni reydlərə başladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolun hərəkət zolaqlarının və səkilərin "zəbt edilməsi" ilə bağlı reydlərə başlayıb. İdarənin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, Bakıda iş yerlərinin qarşısında küçələrin zəbt olunması, \"dayanma, durma qadağandır\" nişanı olan yerlərdə qanunsuz dayanacaqların salınması, bəzi küçələrdə yas çadırlarının qurulması, küçələrdə ticarətin aparılması, piyada səkilərinin zəbt olunması hallarına rast gəlinir.


V. Əsədov bildirib ki, bütün bunları nəzərə alaraq bu gündən etibarən belə hallara qarşı reydlər keçirirləcək. O bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi nəqliyyatın hərəkətində tıxac yaranmasına səbəb olan və piyadaların normal hərəkətinə maneə törədən hallara qarşı belə tədbirləri davam etdirəcək.



Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə