Bu gün hava buludlu olacaq

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. SİA-nın məlumatına görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Martın 29-da ölkə ərazisində hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə