Gəncədə sovet markalı avtomobillərlə taksi fəaliyyəti qadağan ediləcək
Gəncədə nəqliyyat vasitələrinin yenilənməsinə start verilib. Son bir il ərzində sovet avtomobilləri ilə taksi fəaliyyəti rəsmən qadağan olunacaq. SİA-nın bölgə müxbirinin məlumatına görə, bu barədə Gəncə şəhər 1saylı Regional Nəqliyyat Departamentinin rəisi Xanoğlan Qasımov məlumat verib. Onun sözlərinə əsasən artıq bu istiqamətdə işlərə başlanılıb. Hələlik hansı markalı taksilərin gətiriləcəyi dəqiq bilinməsə də ilkin mərhələdə London taksilərinin Bakı ilə yanaşı Gəncə şəhərinə də gətirilməsi nəzərdə tutulub. Buna kimi isə tədricən bütün sovet avtomobillərinin taksi kimi fəaliyyəti dayandırılacaq.
Hazırda ölkənin ikinci böyük şəhərində mindən artıq şəxs öz avtomobilini taksi kimi idarə edir. Buna baxmayaraq cəmi yarı faiz taksi sürücüsünü dövlət vergisinə cəlb etmək mümkündür. Yeni avtomobillərin gətirilməsi ilə isə sözügedən problemin də aradan qaldırılması nəzərdə tutulub. Bundan əlavə yeni taksilər şəhərin görkəminə də öz müsbət təsirini göstərməlidir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB