Livanda çıxan "Əl Əkbər" qəzeti Suriyada faktiki olaraq ikiyə bölünən kürdlərin üsyanda fərqli tərəflərdə iştirak etdiyini barədə yazıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Öcalanın tərəfdarı olan qruplar nümayişlərə qarşı çıxış edir.
Məlumatda bildirilir ki, Suriyada bir ildən artıq davam edən üsyanda 1,7 milyonluq kürd əhalisinin rolunun nə olduğu ən çox mübahisə doğuran mövzulardan biridir. Kürdlərin sıx olduğu bölgələrdə sabitlik yoxdur, ancaq Humus və yaxud İdlib kimi üsyançı bölgələr sırasında da deyil. Kürdlərin təmkinli davranışı səbəbindən həm Əsəd rejimi, həm də müxaliflər onları özlərinə tərəf çəkməyə çalışır. "Əl Əkbər" üsyanda "ortada qalan" suriyalı kürdlər üzərində bir araşdırma aparıb. Qəzetə danışan suriyalı kürd hadisələrdə aktiv iştirak etməmələrinin səbəbini 13 kürd siyasi partiyasının Məsud Bərzani və Abdullah Öcalan arasında bölünmüş durumda olmaları ilə izah edib. Bərzani kürdləri qiyama qatılmağa istiqamətləndirir. Öcalanın Suriyadakı Demokratik Birlik Partiyası (PYD) isə "pis niyyətli bir rol oynayır".
Qəzetin yazdığına görə, kürdlər üsyandan qazanc əldə etməklə çıxmaq istəyir. Nə rejimə, nə də müxalifətə "pulsuz dəstək verməyi" düşünmür. İki xalqlı bir ölkə, kürdcənin rəsmi dil olaraq tanınması, federasiya, Novruz Bayramının milli bayram elan edilməsi, PKK-çılara əfv fərmanı verilməsi, Türkiyə ilə gələcəkdə qurulacaq əlaqənin təcili olaraq razılaşdırılması kimi tələbləri üçün müxalifətdən yazılı zəmanət istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB