"Turan İnformasiya Agentliyinin Sumqayıt hadisələri ilə Xocalı soyqırımını eyniləşdirməsi yolverilməzdir"
Bu gün "Mediaform" saytında Turan İnformasiya Agentliyinin Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Mikael Dinielyanla müsahibəsini oxudum və agentliyin bu qədər qeyri-prinsipiallığına, qeyri-peşəkarlığına və tənəzzülünə təəssüf etdim. Bu sözləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O deyib ki, belə bir müsahibənin hansı zərurətdən yarandığını başa düşmək əsla mümkün deyil. Ancaq əlbəttə bu, agentliyin öz işidir. Təəssüf doğuran məsələ isə odur ki, müsahibədə agentliyin əməkdaşı sual verərkən Sumqayıt hadisələri ilə Xocalı soyqırımını eyniləşdirir. Sualın "bu yaxınlarda Azərbaycanda Xocalı, Ermənistanda isə Sumqayıt faciəsinin 20-ci ildönümü qeyd olundu. Hər iki ölkədə baş verənləri necə qiymətləndirirsiniz" şəklində qoyulması əsla məqbul sayıla bilməz. Əvvəla Xocalı faciəsi soyqırımıdır, ermənilər tərəfindən törədilib və bu gün Azərbaycan Respublikası bu soyqırımını dünyaya tanıtmağa çalışır. Sumqayıtda baş verənlər isə SSRİ təhlükəsizlik orqanlarının təxribatı idi. Bunların hər ikisini eyniləşdirmək doğru deyil. İkincisi, hadisələrin baş verdiyi tarix də fərqlidir. Sumqayıt hadisələri 1988-ci ildə, Xocalı soyqırımı isə 1992-ci ildə törədilib. Tarixi və baş vermiş tarixi hadisənin mahiyyətini belə eybəcər şəkildə təhrif etmək Azərbaycan mətbuatı üçün yolverilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB