Rusiya XİN: \"Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil\"

Rusiya XİN: \"Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil\"
\"ATƏT-in Minsk qrupunun üç həmsədri kifayət qədər intensiv və nizamlı şəkildə işləyir və Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi barədə məsələ gündəmdə deyil\". SİA-nın məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, həmsədr ölkələr olduqca konstruktiv işləyir: \"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində verilmiş bəyanat onu göstərir ki, manevr üçün, münaqişə tərəflərinə təsir etmək üçün geniş imkanlar var. Minsk qrupu münaqişə tərəflərinin yanvarda Soçidə Rusiya prezidenti ilə görüşdə səsləndirdiyi çağırışı aktiv şəkildə reallaşdıraraq bəyan etdi ki, nizamlanmanın əsas prinsipləri üzərində işi sürətləndirməyə hazırdırlar\".

Bütün xəbərlər Facebook səhifəmizdə