ATƏT-in Bakı ofisinin rəhbəri Gəncədə olub - FOTO

ATƏT-in Bakı ofisinin rəhbəri Gəncədə olub - FOTO

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Gəncə şəhərinə səfər edib. Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində diplomat ilk olaraq şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə bir sıra məsəllər geniş təhlil olunub. ATƏT-in ümumi fəaliyyəti ilə bağlı şəhər rəhbərinə məlumat verən Koray Tarqay ümumilikdə qurumun bölgələrdə yaradılan bölmələri barədə də Elmar Vəliyevə ətraflı məlumat verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, öz növbəsində İcra Başçısı da qurumun bölgələrdəki fəaliyyətindən razı qalıb. Bildirib ki, insan haqları və demokratiyanın təbliği baxımından yerli İcra Hakimiyyəti tərəfindən lazımi dəstək göstərilir.

Qeyd edək ki, şəhər rəhbəri ilə görüş təxminən bir saatdan artıq davam edib. Diplomat Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevlə, həmçinin ATƏT-in Gəncədəki nümayəndəliyi və müxtəlif Qeyri Hökümət Təşkilatları ilə görüş keçirib.


İlham Məmmədov












Bütün xəbərlər Facebook səhifəmizdə