\"İsmayıllı-Muğanlı-Qəbələ yolunun 6-cı kilometrliyində torpaq sürüşməsi baş verib. Çöküntü yerinə daş, qum tökülüb, müəyyən bərpa işləri görülüb\". Bunu SİA-ya açıqlamasında İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayev bildirib. Onun sözlərinə görə, aidiyyatı qurumların əməkdaşları hazırda yolun təmiri üçün çökmə baş verən əraziyə cəlb edilib. Lakin görülən işlərin faydasının olmadığını deyən qurum rəsmisi sürüşmənin bu cür aktiv davam edəcəyi təqdirdə yolun tamamilə dağılma ehtimalının olduğunu deyir: "Əgər yol bağlanarsa, paytaxtdan İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, həmçinin Göyçay və Ağdaş istiqamətlərində gediş-gəliş tamamilə kəsiləcək. Çünki ötən gün Ağsu aşırımında yolun bağlanması ilə alternativ yol kimi İsmayıllı-Muğanlı-Qəbələ yolundan istifadə edilməyə başlanıb. Elə bu səbəbdən də sürüşməyə meylli olan yol daha çox yüklənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB