Kanada qəzetində səfir Fərid Şəfiyevin “Vəhşilik bütün dünyada ifşa olunmalıdır” başlıqlı məqaləsi dərc edilib
Kanadada nəşr olunan "Calgary Herald" qəzetində Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin "Vəhşilik bütün dünyada ifşa olunmalıdır" (Atrocities should be condemned world wide) başlıqlı məqaləsi dərc olunub. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu məqalə Xocalı ilə bağlı həqiqətləri inkar edən Ermənistanın Kanadadakı səfiri Armen Yeganyanın "Təhrikedici ritorika sülhlə nəticələnməyəcək" başlıqlı məqaləsinə cavab olaraq dərc edilib.
Kanadanın Kalqari şəhərinin meri Nahed Nenşinin (Naheed Nenshi) Xocalı faciəsinin tanınması ilə bağlı bəyanat qəbul edib. Münaqişənin ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionuna iddia irəli sürmələri nəticəsində başladığını və təqribən 30 min insanın həyatına son qoyduğunu bildirən səfir F.Şəfiyev BMT-nin TŞ tərəfindən qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün tanındığını və həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasının tələb olunduğunu oxucuların diqqətinə çatdırıb.
Azərbaycanlıların ermənilər tərəfindən etnik təmizlənməyə məruz qaldığı və erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsinin buna misal çəkilməsi məqalədə xüsusilə vurğulanıb. Məqalədə Xocalıda baş verənlərin bir sıra beynəlxalq təşkilatlar və jurnalistlər tərəfindən qeydə alındığını və Xocalı faciəsinin ermənilər tərəfindən törədildiyinin sübut olunduğu dəlillərlə göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB