Zahid Oruc: “Avropa Birliyinin regional proseslərə təsir imkanları Fransanın gücündən yüksəkdir” - MÜNASİBƏT

Zahid Oruc: “Avropa Birliyinin regional proseslərə təsir imkanları Fransanın gücündən yüksəkdir” - MÜNASİBƏT

"Frasanın tərəfli siyasətinin son dövrlər daha da açıq müstəviyə keçməsi özlüyündə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə vadar edir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Fransanın Minsk qrupunda Avropa İttifaqı (Aİ) ilə əvəzlənməsi Qarabağ münaqişəsinin ədalətli həlli üçün müsbət hal kimi qiymətləndirilməlidir: "Avropa Birliyinin bu məsələdə fəal mövqe nümayiş etdirməsi bütün hallarda yaxşı hadisə olardı. Hazırda Minsk qrupunda Avropa ölkəsi kimi Fransa təmsil olunur. Fransada isə erməni diasporunun fəaliyyəti göz qabağındadır və prezident Nikola Sarkozinin qondarma soyqırım məsələsini kriminallaşdırmaqla bağlı təşəbbüsü diqqətdən kənarda deyil. Bu zəmində Fransanın əvəz edilməsi Erməistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən dəyişikliklər yarada bilər".

AB-nın region ölkələr üçün vacib iqtisadi və siyasi oyunçu olduğunu deyən milllət vəkili bildirib ki, Birliyin regional proseslərə təsir imkanları Fransanın gücündən yüksəkdir: "Avropa Birliyi Cənubi Qafqazda mövcud ola münaqişələrdə, o cümlədən Gürcüstanın ərazi bütövlüyü məsələsində ədalətli tərəf tutur və bu münaqişənin həlli üçün aparılan danışıqlarda fəal iştirak edir. Faktiki olaraq, Avropa məkanında təhlükəsizlik və əməkdaşlıq mühütinin formalaşması, bu genişlənməs siyasətində yeni ölkələrin yer alması AB-nın əsas hədəflərindəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə