Milli Məclisinin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Milli Məclisinin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 26-da Qazaxıstanın Almatı şəhərinə səfərə gedib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, səfərin məqsədi MDB Parlament Assambleyasının (PA) 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir. Azərbaycan nümayəndə heyətinə deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər çərçivəsində sədr Oqtay Əsədovun tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə MDB PA-nın bu günü, qurum çərçivəsində əlaqələrin inkişaf perspektivləri, təşkilatın üzvü olan dövlətlərin qanunverici orqanları səviyyəsində münasibətlərin genişləndirilməsi, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə