Səfir: "…Onlar Rusiya raketləri ilə mübarizə aparmaq potensialına malik deyil"
ABŞ-ın Avropada yerləşdirmək istədiyi raketlər Rusiyanın raketlərinə qarşı mübarizə apara bilmək bacarığında deyil. Bunu özünün Tvitter səhifəsində Birləşmiş Ştatların Rusiyadakı səfiri Maykl Maklof yazıb: "Avropada yerləşdirmək istədiyimiz raketlər Rusiyanı hədəf götürməyib və onlar Rusiya raketləri ilə mübarizə aparmaq potensialına malik deyil".
Qeyd edək ki, 2010-cu ilin noyabrında Lissabonda keçirilmiş Rusiya-NATO sammitində Avropanın raket hücumundan müdafiə sistemi yaradılsın. Rusiya hesab edir ki, bu sistemin yaradılmasında qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Birləşmiş Ştatlar rəhbərliyi isə dəfələrlə bildirib ki, sözügedən sistem Moskvaya qarşı yönəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB