Ermənistanda təbii artım getdikcə azalır. Faktı Ermənistan mətbuatı da təsdiq edib. Verilən məlumata görə, bu ölkədə orta yaş həddi xeyli cavanlaşıb. Ölü doğulan uşaqların sayında da artım müşahidə olunur. Ermənistan Milli Statistik Xidmətinin verdiyi məlumata görə, 2010-cu ildə bu ölkədə 44825 uşaq doğulubsa, 2011-ci ildə bu rəqəm 43447-ə enib.
Müqayisə üçün bildirək ki, 1995-ci ildə Ermənistanda 48960 uşaq doğulmuşdu. Ermənistanda 2010-cu ildə 27921 nəfər ölübsə, ötən il bu rəqəm 28030-a bərabər olub. 2010-cu ildə erməni kişilərindən 14593 kişi ölmüşdüsə, 2011-ci ildə bu rəqəm artaraq 14650-yə bərabər olub.
1995-ci ildən 2010-cu ilədək statistik tədqiqatın nəticəsində oğlan uşaqları arasında ölüm hallarının xüsusilə artdığı müəyyənləşdirilib. Təkcə 2010-cu ildə Ermənistanda 844 ölü uşaq doğulub. Erməni uşaqlarının ölü doğulmasına səbəb kimi ana bətnində dölün inkişafının düzgün getməməsi göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB