Mayda MDB dövlət başçıları Türkmənistana toplaşacaq

Mayda MDB dövlət başçıları Türkmənistana toplaşacaq

Müstəqil Dövlətlər Birliyi məkanına daxil olan ölkələrin dövlət başçılarının növbəti iclası bu il mayın 30-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Bu barədə məlumatı qurumun icrayə komitəsi yayıb.


Rusiya mediası xəbər verir ki, iclasın gündəliyinə əsasən humanitar sahədəki əməkdaşlığı nəzərdə tutan 10-a yaxın sənəd çıxarılacaq. Bunların içərisində 2020-ci ilədək birliyə daxil olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsindəki strateji inkişaf istiqamətlərinin müzakirəsindən, 2007-ci ilin 25 mayında bədən tərbiyəsi və idman sahəsində,1994-cü ildə turizmlə bağlı əldə olunmuş razılaşmalara əlavə və dəyişikliklərin edilməsindən, həmçinin gənclərin beynəlxalq əməkdaşlığını nəzərdə tutan bir sıra vəzifələrin reallaşdırılması istiqamətində vahid planın müəyyənləşdirilməsindən ibarətdir.


Qeyd edək ki, iclasın gündəliyi və reqlamenti MDB ölkələri xarici işlər nazirlərinin aprelin 6-da Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görüşündə dəqiqləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə