Dünən Fransanın Tuluza şəhərində Ozar-Hatorah Yəhudi məktəbinin qarşısında 4 nəfərin qətlə yetirilməsi və son 8 gün içində ölkənin cənubunda iki müsəlman və Mərkəzi Amerika ölkələrindən birinin vətəndaşı olan bir qaradərili əsgərin eyni silahla öldürülməsi irqçi hücumların başlandığı şübhələrini artırıb. Bölgədə sakinlərə qarşı təhlükə getdikcə böyüyür. Nəzərə alsaq ki, Tuluza şəhərində miqrantlar daha çoxdur, hücumların əsasın gəlmələrə qarşı törədildiyi artıq heç kimdə şübhə doğurmur. Polis isə qatillərin fotorobotunu hazırlamaqla məşğuldur. "Qatillərin kim olduğunu bilmirik", deyən Fransanın daxili işlər naziri Claude Gueant şəxsən istintaqa rəhbərlik etdiyini bildirib.
Tuluzada və Fransanın digər iri şəhərlərində baş verən qətlləri qınamaq üçün çoxminli aksiyalar təşkil edilib. Şamların yandırıldığı və qurbanların xatırlandığı etiraz nümayişlərinə müsəlman dərnəkləri də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB