Pakistanın Parlament Komitəsi Birləşmiş Ştatlardan NATO hərbi təyyarəsinin keçən il Əfqanıstanla sərhəddə keçirdiyi əməliyyat zamanı səhvən 24 pakistanlı sərhədçini qətlə yetirdiyinə görə üzr istəməsini tələb edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistanın parlamentinin hər iki palatası ABŞ və NATO ilə bağlı komitənin tövsiyələrini müzakirə etmək üçün bu gün bir araya gəlib.
Komitənin paneli keçən ilin noyabr ayında baş verən insident üçün heç bir əsas olmadığını və belə bir addımın Pakistanın suverenliyini kobud şəkildə pozduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB