Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil etdiyi konsert proqramı ilə davam edib.
Səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şux mahnıları dinləmiş, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizi, yurdumuzun gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.
Sonda Bakının bahar səmasını möhtəşəm al-əlvan atəşfəşanlıq bəzəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB