Türkiyənin ölkəmizdəki səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramına həsr olunan qəbul keçirilib. SİA-nın xəbərinə görə, qəbulda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan və Türkiyə xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib. Novruzun qədim bayram olduğunu vurğulayan səfir Azərbaycan xalqına bu bayramı gələn il Qarabağda, işğal altında olan torpaqlarda keçirməyi arzulayıb.
Daha sonra çıxış edən millət vəkilləri Vahid Əhmədov, Qənirə Paşayeva, Asim Mollazadə, Qazaxıstanın və Tacikistanın Azərbaycandakı səfirləri Novruz təbriklərini çatdırıblar.
Qeyd edək ki, qəbulda xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin üzvləri, ictimaiyyət və media təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB