26-28 mart 2012-ci il tarixləri arasında TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.
Sessiyada MDB üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sessiya çərçivəsində TÜRKPA Baş Katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının Sədri cənab Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Səfərdə TÜRKPA Baş Katibini, Baş Katibin müavinləri cənab Mels Semgaliyev və cənab Bektemir Ziyadinov müşayət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB