Azərbaycan XİN: “Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə fəaliyyət göstərir”
"Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə fəaliyyət göstərir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Bütün səfirlik əməkdaşlarının çalışdığını deyən E. Abdullayev Dəməşq şəhərində baş vermiş partlayış nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib. O, qeyd edib ki, səfirliyinin əməkdaşları səfirliyin konsulluq şöbəsinin qeydiyyatında olan Azərbaycan vətəndaşları ilə daimi əlaqə saxlayır və onlara təhlükəsizliklə bağlı tövsiyələr verilir.
Qeyd edək ki, Suriyada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti tələbələrdir. Xatırladaq ki, Suriyanın paytaxtı Dəməşqdə "Azad Suriya Ordusu"nun üsyançıları ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB