Azərbaycanın dövlət başçısı Moldovanın yeni seçilmiş prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Moldovanın yeni seçilmiş prezidenti Nikolaye Timoftiniyə təbrik məktubu göndərib. Bu barədə SİA prezidentin internet saytına istinadən məlumat verir.
Məktubda N.Timoftini Moldova prezidenti seçilməsi münasibəti ilə təbrik edən dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB