Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

763-cü ildə Abbasi xəlifəsi Harun ər-Rəşid dünyaya gəlib


1406-cı ildə görkəmli islam alimi, sosioloq İbn Xəldun vəfat edib


1521-ci ildə Fernan Magellan Filippin adalarını kəşf edib


1778-ci ildə Fransa ABŞ-ın müstəqilliyini tanıyıb


1834-cü ildə Alman avtomobil konstruktoru Qotlieb Daymler dünyaya gəlib


1853-cü ildə Avstriyalı fizik Kristian Dopler vəfat edib


1861-ci ildə İtaliya krallığı təşkil edilib


1881-ci ildə aktyor Hüseyn Ərəblinski (Xələfov) dünyaya gəlib


1883-cü ildə Karl Marks Londonda dəfn edilib


1917-ci ildə Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan "İctimai Təşkilatların İcraiyyə Komitəsi"ni təsis edib


1920-ci ildə ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib.


1920-ci ildə Vladimir İliç Lenin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib


1921-ci ildə Londonda ilk ailə planlaması mərkəzi açılıb.


1922-ci ildə Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" faciəsinin ilk tamaşası olub


1937-ci ildə SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib


1950-ci ildə ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib


1991-ci ildə "SSRİ-nin saxlanmasına dair" referendum keçirilib


1992-ci ildə Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb


1992-ci ildə Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr yaradıb


1995-ci ildə Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb


1997-ci ildə Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib


2004-cü ildə Keçmiş baş nazir Surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib

Bütün xəbərlər Facebook səhifəmizdə