Prezidentin Ehtiyat Fondundan Göygöl rayonuna 2 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
SIA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xəqani-Cümşüdlü-Haçaqaya avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Göygöl rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB