Egemen Bağış: "Ermənistanın “Eurovision”dan deyil, Qarabağdan çəkilməsini istəyirik" - MÖVQE
Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Bağış deyib ki, Türkiyə Ermənistanın "Eurovision"dan deyil, Qarabağdan çəkilməsini istəyir. SİA-nın verdiyi məlumata görə, Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək müğənni Can Bonomo ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran nazir onu da əlavə edib ki, Ermənistanın müsabiqədən deyil, işğal etdiyi torpaqlardan çəkilməsi fikrini dəyərləndirməsində fayda vardır.
E.Bağış daha sonra deymb ki, Azərbaycan "Eurovision" mahnı müsabiqəsində ev sahibliyini öz zəhməti ilə qazanıb. Azərbaycan BMT-nin üzvü və demokratiya istiqamətində addımlayan bir ölkədir. Müsabiqədə iştirak edən digər ölkələrlə də diplomatik, siyasi və mədəni əlaqələri vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB