Ermənistan ordusunun çavuşu ölüb

Ermənistan ordusunun çavuşu ölüb

Ermənistan ordusunun çavuşu ölüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 14 mart tarixində Ermənistanın cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində kiçik çavuş Sebak Albertoviç Aslikyanın cəsədi tapılıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərə əsasən faktla bağlı 6-cı qarnizon üzrə CM 104 maddəsinin 1-ci bəndinə əsasən cinayət işi qaldırılıb. İlkin ehtimallara görə kiçik çavuş baş nahiyəsindən aldığı xəsarətdən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə