Elman Nəsirli: “Mitinqlərin keçirilməsi daha çox müxalifətin zəif olduğu təqdirdə baş verir” - MÖVQE

Elman Nəsirli: “Mitinqlərin keçirilməsi daha çox müxalifətin zəif olduğu təqdirdə baş verir” - MÖVQE

Cenevrədə icazəsiz mitinq keçirənlərin 110 min dollar məbləğində cərimələnməsi adı çəkilən ölkənin ilk növbədə öz vətəndaşlarının sabit mühitdə yaşamasında maraqlı olduğundan xəbər verir. Bunun SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.


Onun sözlərinə görə, adı çəkilən dövlət bu məsələdə o qədər maraqlıdır ki, hətta baş verə biləcək mitinqlərin, yürüşlərin və s. bu kimi hadisələrin əhalinin asudə vaxtalrının pzulacağına maneçilik kimi dəyərləndirir: "Ona görə də İsveçrə dövləti konkret cərimələr müəyyənləşdirib ki, bu cür hallar baş verməsin. Bu əsasən şəhərin mərkəzi hissələrinə tətbiq ediləcək ki, burada əhali daha sıx yaşayır eləcə də bütün kommunikasiyalar burada yerləşir. Belə olan təqdirdə də şəhərin mərkəzində mitinqlərin keçirilməsi, insanların daha çox haqlı-narazılığına səbəb olur".


Politoloqun fikrincə, Azərbaycanda da bu məsələyə münasibətdə bir qədər fərqli yanaşmalar mövcuddur: "Ölkəmizdə müxalifət daha çox bundan yararlanmağa çalışır ki, mitinqlər şəhərin mərkəzində keçirilsin. Bununla belə onlar bu mitinqləri keçirməklə yardımçı elementləri də cəlb etməkdə maraqlıdır. Əgər istənilən ölkədə müxalifət güclüdürsə, eləcə də güclü sosial dayaqlara malikdirsə o istənilən yerdə xeyli sayda insanı öz ətrafına toplaya bilir. Mitinqlərin keçirilməsi daha çox müxalifətin zəif olduğu təqdirdə baş verir. Hesab edirəm ki, Beynəlxalq təşkilatlar (ATƏT, AŞPA-sı və s.) belə olan təqdirdə bunu Azərbaycana qarşı təzyiq kimi istifadə edirlər. Cenevrədə cərimələr tətbiq olunsa da heç bir təzyiqlər mövcud olmadı. Amma əksinə Azərbaycanda bu baş verərsə bizləri əlavə olaraq İnsan Hüquq və Azadlıqlarının, söz, mətbuat fikir azadlıqlarının pozulmasında ittiham edə bilərlər".


Bütün xəbərlər Facebook səhifəmizdə