Britaniyanın hərbi jurnalı: “Azərbaycan ordusu sovet modelindən çıxmaqda uğurlar əldə edib”

Britaniyanın hərbi jurnalı: “Azərbaycan ordusu sovet modelindən çıxmaqda uğurlar əldə edib”

Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu "Hərbi Balans 2012" adlı növbəti hesabatını yayıb. SİA-nın xəbərinə görə, sənəddə qeyd edilir ki, son illər ilk dəfədir ki, Asiya ölkələrinin keçən ilki müdafiə xərcləri Avropa dövlətlərini keçir. Sənədə görə Asiya ölkələri keçən il hərbi sahəyə xərclərini 3.15 faiz artırıblar. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın hərbi xərcləri ümumilikdə regionun bütün müdafiə xərclərinin 80 faizini təşkil edib. 171 ölkədə vəziyyətdən bəhs edən hesabatda qeyd edilir ki, Azərbaycan silahlı qüvvələri sovet modelindən çıxmaqda uğurlar əldə edib: "Qarşısına məqsəd qoyan Bakı artıq ordu arsenalını tam müasirləşdirmək üzrədir".

Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusu haqqında sənəddə deyilir ki, bu ölkənin hərbi doktrinasında Rusiyanın təsiri çox güclü olsa da ölkə beynəlxalq sülhyaratma missiyalarında NATO ilə əməkdaşlıq edir. Daxili hərbi potensial zəif olaraq qalır. Hərbi hava qüvvələri tez-tez təchizat problemləri ilə üzləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə