Ötən gün respublikada cinayət törətdiklərinə görə 38 nəfər tutulub

Ötən gün respublikada cinayət törətdiklərinə görə 38 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 47 cinayət faktı qeydə alınıb, onların da 27-i "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

1 partlayış hadisəsi qeydə alınıb ki, nəticədə 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə